AZ

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi sözçüsünün müavini Fərhan Haq bildirib. Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib.

"Xüsusilə, mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır”, - deyə Fərhan Haq vurğulayıb.

Seçilən
23
10
metbuat.az

10Mənbələr