ain.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın maskotu “Kəhər” azarkeşləri həyəcanladıran paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, paylaşımda adı bir müddətdir Ağdam təmsilçisi ilə hallanan Andre Klovisin şəkli yer alıb. Uzun müddətdir “Qarabağ”ın danışıq apardığı futbolçunun yaxın vaxtda ölkəmizə gələcəyi bildirilirdi.
Bu paylaşımın ardından azarkeşlər daha da həyəcanlanıb.
27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.