AZ

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Bakı. Trend:

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkasıkeçiriləcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həmyerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm dəşəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasınıhədəfləyir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kəndtəsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdimedəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olanalıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar QidaLaboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirəbiləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanovrayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər vədigər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

Seçilən
90
26
az.trend.az

10Mənbələr