AZ

"Şaxtyor" İngiltərə klubundan 40 milyonluq təklif alsa da...

Donetsk "Şaxtyor"u hücumçusu Kevin üçün İngiltərədən aldığı təklifi geri çevirib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Fulhem" braziliyalı forvardı sıralarına cəlb etməyə çalışçsa da, Ukrayna klubu "bağbanlar"ın 40 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, Kevin 2024-cü ilin yanvarından hazırda Arda Turanın çalışdırdığı "Şaxtyor"dadır. Bu yay UEFA Avropa Liqasının təsnifat mərhələlərində 3 oyun keçirən "sambaçı" 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb."Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
11
1
fanat.az

2Mənbələr