Zeynep Boz, əsərin geri qaytarılmasının uzun və çətin bir proses olduğunu bildirib
1960-cı illərdə Burdur Boubon Antik şəhərindən qanunsuz yollarla ABŞ-yə aparılan Roma İmperatoru Marcus Aureliusun bronz heykəli 65 il sonra Türkiyəyə geri gətirilib.
Sherg.az xəbər verir ki, heykəl ilk dəfə Cumhurbaşqanlığın Millət kitabxanasında nümayiş etdirilir.


Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nümayəndəsi Zeynep Boz, əsərin geri qaytarılmasının uzun və çətin bir proses olduğunu bildirib. ABŞ tərəfi, heykəllə vida mərasimi keçirmək üçün 3 aylıq müddət istədi, bu da Türkiyə tərəfindən qəbul olundu.

Boz, Marcus Aureliusun başının itkin olduğunu və bunun kültür vandallığının nəticəsi olduğunu qeyd edib. Heykəlin ayaq ölçülərinin Boubon qazıntılarında tapılmış kaideyə tam uyğun gəlməsi onun mənşəyini sübut edib.