Fitch tərəfindən Bankın Viability Rating (VR) “b”, qısamüddətli IDR-ləri isə “B” səviyyəsində müəyyən edilib.
Fitch-in qiymətləndirməsində vurğulanan əsas məqamlar:
Fitch Ratings AFB Bank-a ‘B’ uzunmüddətli kredit reytinqi və stabil görünüş (Stable Outlook) verib.
Bankın kapital mövqeyi güclüdür – 2024-cü ilin sonuna Fitch Core Capital nisbəti 36%, 1H25 üçün Tier 1 nisbəti isə 32% təşkil edib.
Likvidlik buferi kifayət qədər güclüdür – 2024-cü ilin sonuna əmanətlərin 48%-i həcmində likvid aktivlər mövcud olub.
Fitch qeyd edir ki, AFB Bank-ın bazar payı sektor üzrə hələ ki az olsa da, pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası, eyni zamanda mümkün səhmdar kapital dəstəyi ilə bankın 2025-2026-cı illərdə kredit satışında ciddi artımlar gözlənilir.
AFB Bank-ın 2025-ci ilin ilk yarısı üzrə əsas maliyyə nəticələri bankın sürətli inkişafı hədəflədiyini göstərir. Belə ki:
• Xalis mənfəət: 2.7 milyon manat – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım deməkdir;
• Kredit portfelində 19% artım olmuşdur ki, burda da əsas orta və iri biznes kreditlərində 40%, mikro kredit portfelində isə 2.5 dəfə artım müşahidə edilmişdir;
• Müddətli əmanət portfelində 50%-dən çox artım müşahidə olunub.
Fitch Ratings tərəfindən verilmiş qiymətləndirmə AFB Bank-ın güclü kapital dayanıqlığını, stabil maliyyə nəticələrini, yüksək likvidlik ehtiyatlarını və aktivlərin keyfiyyətində müşahidə olunan müsbət dinamikanı əks etdirir. Bu göstəricilər Bankın mövcud strateji xəttinin düzgünlüyünü və davamlı inkişaf potensialını nümayiş etdirir. AFB
5Mənbələr
-
fed.azAFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən “B” reytinqi və “Stabil” proqnozla qiymətləndirildi ( 20120379)
-
demokrat.azAFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən “B” reytinqi və “Stabil” proqnozla qiymətləndirildi ( 20117358)
-
qaynarinfo.azAFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən B reytinqi və Stabil proqnozla qiymətləndirildi ( 20117280)
-
banker.azAFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən “B” reytinqi və “Stabil” proqnozla qiymətləndirildi ( 20117178)
-
marja.azAFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən “B” reytinqi və “Stabil” proqnozla qiymətləndirildi ( 20117004)