AZ

“Georgi Asparuxov”da 20 mindən çox bolqar, 20 azərbaycanlı...

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Levski”nin qonağı olacaq “Sabah” Sofiyada dəstəksiz qalmayacaq.

“Bayquşlar”ı matçın keçiriləcəyi “Georgi Asparuxov” stadionunda 20 azərbaycanlı azarkeş dəstəkləyəcək. Bu barədə “Football-plus.az”a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Həmçinin klub rəsmisi heyətdə zədəli və cəzalı futbolçunun olmadığını bildirib. Bu o deməkdi ki, baş məşqçi Valdas Dambrauskas planlarını həyata keçirmək üçün bütün imkanlara sahibdi.

Matçı stadiondan izləyəcək ümumi tamaşaçı sayına gəlincə, arenada anşlaq olacağı gözlənilir. Bir neçə gündü 29 min 200 yerlik idman qurğusunun kassalarının önündə uzun növbələr yaranıb. Yerli “Sportal.bg” saytı hər gün minlərlə futbolsevərin bilet aldığını yazır. Xatırladaq ki, matç bu gün saat 22.00-da başlayacaq.

KƏNAN BAHADIR

Seçilən
20
1
football-plus.az

2Mənbələr