Almaniyada müvəqqəti olaraq icra olunan sərhəd yoxlanışlarının sentyabrdan sonra da davam etdirilməsi planlaşdırılır.
APA xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bəyanat verib.
Onun sözlərinə görə, Almaniya kriminal keçmişi olan miqrantların Əfqanıstan və Suriyaya deportasiya edilməsini daha da sürətləndirəcək.
Xatırladaq ki, bundan əvvəl Almaniyada sərhəd yoxlanışı rejiminin sentyabrın 15-ə qədər qüvvədə saxlanılması nəzərdə tutulmuşdu.
Ölkənin daxili işlər nazirliyinin verdiyi məlumata əsasən, 8 may-31 iyul tarixləri arasında 9,254 nəfər Almaniya sərhədlərindən geri qaytarılıb ki, onların əksəriyyəti Əfqanıstan, Əlcəzair, Eritreya və Somalidən olub.