AZ

Bekstrem “Vaşinqton”dan getdi

“Vaşinqton” bu klubda 18 mövsüm keçirən Niklas Bekstremə təşəkkür edib.

37 yaşlı isveçli hücumçu artıq paytaxt klubundan ayrılaraq “Bryunes” ilə müqavilə bağlayıb. ABŞ klubunun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:
“Klubumuza verdiyi böyük töhfəyə görə Niklas Bekstremə təşəkkür edir, sonrakı karyerasında uğurlar arzulayırıq. O, karyerasını “Bryunes”də davam etdirmək üçün İsveçə qayıdır. Niklas “Kepitalz” tarixinin ən möhtəşəm oyunçularından biri və məhsuldar ötürmələrin sayına görə rekordçusudu. O, komandanın 2018-ci ildə Stenli kubokunda qələbə ilə başa çatan ən uğurlu dönəmində vacib hissələrindən biri idi. Niklas “Kepitalz”ın heyətində MHL-də 1000-dən artıq oyun keçirib, komandaya, şəhərə, ictimaiyyətə ciddi təsir göstərib. Niklas, Vaşinqtonda olduğun müddətdə liderliyin, sadiqliyin, təvazökarlığın və uzaqgörənliyin örnəklərindən biri idin. Hokkey yolunda sənə dəstək verəcəyik. Hər şeyə görə sağ ol”.

Xatırladaq ki, Bekstrem MHL karyerası boyunca müntəzəm çempionatda keçirdiyi 1105 oyunda 1033 (271+762) xal toplayıb.
Seçilən
33
1
football-plus.az

2Mənbələr