GƏNCƏ, 7 avqust. TELEQRAF
Gürcüstanda vəfat edən Azərbaycan Karate - Do Federasiyasının prezidenti Arif Məmmədov Gəncə şəhərində dəfn olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, A. Məmmədovun nəşi gecə Bakı şəhərinə, oradan isə Gəncədə ata evinə gətirilib.
Mərhum Səbiskar adlanan qəbiristanlıqda torpağa tapşırılıb. Onunla vida mərasiminə tanınmış idmançılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumat üçün bildirək ki, Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. O, xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Əslən Gəncə şəhərindən olan A.Məmmədov karate üzrə 3 qat dünya və 5 qat Avropa çempionudur. Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini olub.