Azərbaycanın 18 yaşadək qadın basketbolçulardan ibarət millisinin üzvü Ela Nur Gökçöl Türkiyədə əməliyyat edilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançı "Qalatasaray” basketbol klubunun həkimi Sinan Üstündağ tərəfindən əməliyyat olunub.
Qeyd edək ki, basketbolçu bu yay Litvada baş tutmuş Avropa çempionatında zədələnmişdi.
Millimiz Avropa Çempionatını qələbə ilə yekunlaşdırıb
Millimiz Sumqayıt mərhələsinin çempionu olub
Millimiz 1/4 finala yüksəlib
Millimiz Çexiya və Slovakiya ilə qarşılaşacaq
Azərbaycan millisi Avropa çempionatında ilk qrup matçını keçirib