AZ

Bakı Metropoliteni iyul ayında 16 milyon sərnişinə xidmət göstərib  

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC iyul ayında 16 milyon sərnişinə xidmət göstərib.

Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 min 756 nəfər).

İyulun 20-si isə 336 min 702 sərnişinlə ən sakit gün olub.

Seçilən
66
2
azerbaijan-news.az

9Mənbələr