Vatikan Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş yeri ola bilər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Köhnə Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov bildirib.
"Mənə məlumat verilib ki, Vatikan mümkün məkandır. Dövlət katibi tərəfindən təsdiqlənmiş Papa Leonun dəvəti hələ də qüvvədədir", - birliyin rəhbəri qeyd edib.
Xatırladaq ki, ötən ay Sevastyanov bəyan edib ki, Vatikan Ukrayna və Rusiya arasında istənilən səviyyədə sülh danışıqları aparmağa hazırdır. May ayında isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vatikanı Ukrayna üzrə danışıqlar üçün yararsız məkan adlandırıb.