AZ

Alonso Kroos və Modriçə əvəzləyici tapdı: 100 milyon qiyməti var

“Real”ın baş məşqçisi Xabi Alonso “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Makallisteri komandasında görmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 43 yaşlı mütəxəssis 26 yaşlı futbolçunu Toni Kroos və Luka Modriçin yerinə ideal əvəzləyici hesab edir. Hələlik argentinalının Madrid klubuna keçidi az ehtimallı görünür, lakin “kral klubu” onun çıxışını yaxından izləyir.

Geridə qalan mövsümdə Makallister klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Seçilən
35
publika.az

1Mənbələr