Bakı. Trend:
Bu ilin ilk 6 ayı ərzində 43 aptekdə nöqsanlar aşkarlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik EkspertizaMərkəzindən məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar - iyun ayları ərzində SəhiyyəNazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlamakeçirib:
"Yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb. 2025-ci ilinbirinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sıBakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baştutub.
Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isəyoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlıyoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həmdə planlı yoxlamalar keçirilib). Qeyd edək ki, bu ilin birinciyarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprelayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhərvə rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftişolunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb".
"Bu kimi yoxlamaların əsas məqsədi əczaçılıq müəssisələrininmüvafiq qanunvericiliyə və dərman dövriyyəsinə dair normativsənədlərə uyğun fəaliyyət göstərməsini təmin etmək, eyni zamandaəhalinin dərman vasitələri ilə təhlükəsiz və keyfiyyətli şəkildətəmin olunmasını nəzarətdə saxlamaqdır.
Aşkarlanan nöqsanlara lisenziyasız fəaliyyət, dərmanvasitələrinin düzgün saxlanılmaması, satışa buraxılması qadağanolunmuş preparatların aşkar edilməsi, sənədləşmədə pozuntular və yaəczaçı heyətin ixtisassız olması kimi hallar daxil olur.Qanunvericiliyə əsasən belə hallarda inzibati tədbirlər,xəbərdarlıqlar və ya cərimələr tətbiq olunur (İnzibati XətalarMəcəlləsinin 210.1, 215.4, 221.9, 221.10, 452.1 və 452.3-cümaddələri üzrə cərimə protokolları tərtib edilmişdir).
AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar aptek təşkilatlarında və özəl tibb müəssisələrindəqanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakıvasitələrlə məlumat verə bilərlər:
• “Bir pəncərə” sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurətolduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyatakeçirilir",- deyə məlumatda qeyd edilib.