AZ

Bunu sıçrayış saymıram - Trampdan "xüsusi elçi"sinin Putinlə görüşünə reaksiya

Xüsusi elçi Stiv Uitkoffun Moskvadakı danışıqları məhsuldar xarakter daşısa da, mən onu sıçrayış hesab etmirəm.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mən bunu irəliləyiş adlandırmazdım, lakin görüş gözlənildiyindən daha məhsuldar oldu”, - deyən Tramp Vaşinqton və Moskvanın dialoqu davam etdirdiyini və yaxın gələcəkdə Vladimir Putinlə şəxsi görüşün mümkünlüyünü təsdiqləyib.

Maraqlıdır ki, Rusiya tərəfindən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev Uitkoffun Rusiya prezidenti ilə danışıqlarından sonra Rusiya-Amerika münasibətlərində irəliləyişin olduğunu açıqlamışdı.

Kreml qeyd edib ki, tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı siqnallar mübadiləsi aparıblar, lakin detallar açıqlanmayıb.

Seçilən
90
2
publika.az

1Mənbələr