Demokrat.az Apasport.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi ispan futbolçu ilə anlaşmaya nail olub.
27 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanacaq.
Onun bu gün Xorvatiyadan Azərbaycana gələrək "Qəbələ" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Sierra dayaq yarımmüdafiəçisidir. O, "Real Madrid" klubunun yetirməsidir və karyerası ərzində "Loqronyes", "Leonese", "Atletiko Baleares" (hamısı İspaniya) və "Deynze" (Belçika) klublarında çıxış edib.
Qeyd edək ki, Xayme Sierranın Xorvatiya təmsilçisi "Varajdin"lə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.

4Mənbələr
-
moderator.az"Qəbələ" heyətini "Real Madrid"in yetirməsi ilə gücləndirdi - FOTO ( 20107077)
-
demokrat.az"Qəbələ" heyətini "Real Madrid"in yetirməsi ilə gücləndirdi ( 20105232)
-
apasport.azReal Madrid in yetirməsi Qəbələ də EKSKLÜZİV ( 20101281)
-
apasport.az"Real Madrid"in yetirməsi "Qəbələ"də - EKSKLÜZİV ( 20101005)