Bakı, 7 avqust, AZƏRTAC
Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,6 tondan artıq çəkidə 3 min 573 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.