AZ

Ukrayna Rusiyanın Krasnodar vilayətinə PUA zərbələri endirib

Avqustun 7-nə keçən gecə Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində Krasnodar diyarının Afipski kəndindəki Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib.

AzPost bildirir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

Məlumata görə, NEZ-də qaz və qaz kondensatının birgə emalı üzrə texnoloji qurğu PUA qalıqlarının yerə düşməsi səbəbindən yanıb. Yanğına 4-cü mürəkkəblik dərəcəsi verilib. Yanğın söndürülüb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, Slavyansk-na-Kubanidə yerli sakin PUA -nın düşməsi nəticəsində xəsarət alıb. Astra Telegram kanalının məlumatına görə, şəhərdəki 61661 saylı hərbi hissədə yanğın baş verib. Hakimiyyət Slavyansk-na-Kubanidə ciddi dağıntılar barədə məlumat verməyib.

Novorossiyskdə səlahiyyətlilərə görə, hərbçilər PUA hücumunu dəf ediblər. Administrasiyanın məlumatına görə, tələfat və dağıntı yoxdur.

Avqustun 7-nə keçən gecə Ukraynaya PUA-lar  Volqoqrad vilayətinə hücum edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində iki dəmir yolu stansiyasına ziyan dəyib. Surovikino stansiyasında yanğın baş verib.

Ümumilikdə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecədə 82 PUA vurub.

AzPost.az

Seçilən
16
4
azpost.info

7Mənbələr