Bakı. Trend:
Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edənÇin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədərqısalıb.
Trend-in TürkiyəPrezident Administrasiyası yanında Kommunikasiya İdarəsinəistinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat vəinfrastruktur nazirinin müavini Ənvər İskurt İstanbulda keçirilənAvropaya qatarların yola salınması və qarşılanması mərasimindəbildirib.
Tədbir çərçivəsində Çindən gəlmiş iki yük qatarı Polşanın Lodzşəhərinə və Macarıstanın paytaxtı Budapeştə yola salınıb.
“Qatarlardan biri Sincan bölgəsində yerləşən Alatav keçidivasitəsilə 508 ton yükü Çinin Çendu şəhərindən Orta Dəhliz marşrutuilə Türkiyənin Qars şəhərinə çatdırıb.
Xəzər dənizindəki hava şəraiti və uzunmüddətli gömrükprosedurları səbəbindən bu marşrutla yükdaşıma əvvəllər 20 gündənçox vaxt aparırdı. Çatdırılma müddətinin 15 günə endirilməsi Çin,Türkiyə və Avropa üçün mühüm addımdır”, - deyə nazir müavinivurğulayıb.
Ə.İskurt bildirib ki, növbəti hədəf Alatavla Qars arasındakımarşrut üzrə çatdırılma müddətini 10 günə endirməkdir.
Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Çin arasında Orta Dəhlizlayihəsinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılmasıməqsədilə Anlaşma Memorandumu imzalanıb.