AZ

Qazaxıstan Rusiyanın vurduğu Azərbaycan təyyarəsi ilə bağlı hesabatı bu tarixdə açıqlayacaq

Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

"İstintaqın təhlil mərhələsi tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmaq lazımdır, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev deyib.

Qeyd edək ki, AZAL-a məxsus təyyarə Rusiya ərazisində vurulub. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.

Seçilən
86
18
publika.az

10Mənbələr