AZ

AL: Üçüncü mərhələnin ilk oyunlarına yekun vurulur

Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən mərhələnin son oyun günündə 10 qarşılaşma baş tutacaq.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" "Panatinaikos"un qonağı olacaq. "Araz-Naxçıvan"ın potensial rəqibləri PAOK ilə "Volfsberq" də Yunanıstanda üz-üzə gələcəklər.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 12-də start götürəcək.

UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust

20:00. "Fredrikstat" (Norveç) - "Midtyulland" (Danimarka)
20:00. "Linkoln" (Cəbəllüttariq) - "Noah" (Ermənistan)
20:30. AEK (Kipr) - "Legiya" (Polşa)
20:30. "ÇFR Kluj" (Rumıniya) - "Braqa" (Portuqaliya)
21:00. "Haken" (İsveç) - "Brann" (Norveç)
21:30. PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya)
22:00. "Zrinjski" (Bosniya və Herseqovina) - "Breydablik" (İslandiya)
22:00. "Panatinaikos" (Yunanıstan) - "Şaxtyor Donetsk" (Ukrayna)
22:30. "Servett" (İsveçrə) - "Utrext" (Niderland)
22:30. FKSB (Rumıniya) - "Drita" (Kosovo)

Seçilən
49
fanat.az

1Mənbələr