Miokard infarktı simptomlar olmadan baş verə bilər...
Poliqon xəbər verir ki, bunu kardioloq və anestezioloq-reanimatoloq Anton Vaxlyaev deyib.
O qeyd edib ki, xəstəliyin prekursorları olmaya bilər və ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorları yüksək təzyiq və insultdur.
Həkim "angina pektorisinin" görünməsinin həyəcan siqnalı ola biləcəyinə diqqət çəkib.
"Tədricən fiziki fəaliyyət azalır və ağrılar tez-tez olur, ağrı hücumları daha uzun müddət davam edir - bu, ürəyin işemik xəstəliyinin klassik mənzərəsidir", deyə həkim bildirib.
Onun sözlərinə görə, infarktların müalicəsində əldə edilən uğurlara baxmayaraq, statistika göstərir ki, insanların əksəriyyətinin həyatı məhz infarkt hesabına başa çatır.
Poliqon.info