AZ

Qorabişirən günlər davam edir...

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 25-29, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

XQ

Seçilən
5
12
xalqqazeti.az

10Mənbələr