AZ

Trampın elan etdiyi gömrük rüsumları qüvvəyə minib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın elan etdiyi gömrük rüsumlarıqüvvəyə minib.

Bu barədə TrendABŞ KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 31 iyulda Tramp 60-dan çox ölkədən idxal edilənmallara 15%-dən 41%-ə qədər gömrük rüsumlarının tətbiqi ilə bağlıfərman imzalayıb.

"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ-nin ticarəttərəfdaşları üç qrupa bölünüb. Əksər ölkələr üçün aprel ayındanqüvvədə olan 10%-lik baza tarifi saxlanılıb. Bu tarif ABŞ-nin həminölkələrə ixracının idxaldan çox olduğu hallara şamil edilir.

15%-lik minimal rüsumlar kiçik ticarət kəsiri olan təxminən 40ölkəyə şamil ediləcək.

Daha yüksək tariflər isə ABŞ ilə razılaşma imzalamamış və yaABŞ-yə qarşı əhəmiyyətli ticarət üstünlüyü olan ölkələr üçünnəzərdə tutulub.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

2Mənbələr