AZ

Bakı-Xırdalan-Sumqayıt qatarı niyə ləngiyir? - AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar stansiyada ləngiyir.

Sərnişin bildirib ki, qatar stansiyadan 14 dəqiqə gec çıxıb, daha sonra isə yolda dayanıb. Ləngiməyə nəyin səbəb olduğunu bilməyən sərnişinlər nasazlıq olduğunu düşünüblər.

Yenisabah.az xəbər verir ki, hadisə ilə bağlı ADY-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ləngiməyə səbəb Bakı–Keşlə sahəsində aparılan təmir işləridir, bu barədə sərnişinlərə ötən gün məlumat verilib: Pepperoni pizza

"Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində gecikmələr olacaq.

Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
44
2
yenisabah.az

3Mənbələr