AZ

Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq

Unikal "Ferrari 250 GTO Bianco Speciale" Florida ştatının "Mecum" auksionunda satışa çıxarılacaq.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu avtomobil "Maranello" fabrikində mirvari ağ rəngə boyanmış dünyada yeganə 250 GTO-dur.

Onu ikiqat "Formula-1" çempionu, britaniyalı yarış pilotu Qrem Hill idarə edib.

Ümumilikdə, "Ferrari" 1962-1964-cü illər arasında bu avtomobildən 36 ədəd istehsal edib.

Seçilən
34
2
demokrat.az

3Mənbələr