AZ

Şəmkirdə ağır yol qəzası: 9 nəfər ölüb, yaralılar var

Şəmkirdə ağır yol qəzası baş verib...

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
94
50
poliqon.info

10Mənbələr