AZ

Hindistandan narazı qalan Vaşinqton İslamabada üz tutur

The Economist: Pakistan ordusunun rəhbəri Asim Munir ölkə daxilində və beynəlxalq aləmdə nüfuzunu artırır...

Poliqon xəbər verir ki, The Economist nəşri ABŞ-ın Hindistanla bağlı yaranan məyusluq fonunda diqqətini yenidən Pakistana yönəltməsini analiz edib. Məqalədə Pakistan ordusunun rəhbəri general Asim Munirin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təsir imkanlarını gücləndirdiyi bildirilir.

Qeyd olunur ki, general Munirin son vaxtlar ABŞ-ın sabiq prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi şəxsi görüş Vaşinqtonla İslamabad arasında əməkdaşlığın yenidən intensivləşdiyini göstərir. Bu yaxınlaşma ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Ekspertlərə görə, ABŞ administrasiyası Hindistanla son dövrlərdə yaranan fikir ayrılıqları və strateji münasibətlərdəki gərginlik səbəbindən regionda balanslı siyasətə qayıdır və Pakistanı yenidən önəmli tərəfdaş kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr