AZ

“Qafqazın Rusiyanın əsarətindən azad olunduğu gündür”

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bunu mühüm tarixi hadisə adlandırıb:

“Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalana bilər.

Əliyevlə Paşinyan bir müddətdir ki, danışırlar, lakin ABŞ Prezidentinin müdaxiləsi hər şeyi sürətləndirdi. Bu gün dünya tarixinə Qafqazın Rusiyanın əsarətindən azad olunduğu tarix kimi düşəcək.

Rusiya üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğu rəsmən itirir amma hələ də Gürcüstana nəzarət edir. Lakin bu nəzarət çox çəkməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
3
qafqazinfo.az

4Mənbələr