AZ

Əriyən buzlaqda 28 il öncə itkin düşmüş kişinin meyiti tapıldı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Pakistanın ucqar dağlıq Kohistan bölgəsində əriyən buzlaqda 28 ildir itkin düşdüyü bildirilən kişinin cəsədi tapılıb.

Oxu.Az xəbər verir ki, hadisənin təfərrüatını BBC yayıb.

Məlumata görə, meyitin 1997-ci ildə Supat vadisində səyahət edərkən qar fırtınası zamanı yoxa çıxan Nasir Uddinin qalıqları olduğu müəyyən edilib. Onun yanında bu adda sənədlər tapılıb.

Mərhumun həyat yoldaşı və iki övladı olub. Polis bildirib ki, kişini evi tərk etməyə ailə münaqişəsi məcbur edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
1
oxu.az

2Mənbələr