AZ

Yüz minlərlə avropalı kasıb ölkələrə qaçır

Avropa miqrantlarla dolarkən, yerli avropalılar daha ucuz həyat axtarışına çıxırlar. Çünki həyat bahalığı həddini aşıb.

Redaktor.az xəbər verir ki, rəqəmlər də bunu təsdiqləyir.

Hazırda İspaniyada 300 min britaniyalı və 150 min alman, Portuqaliyada isə 200 min fransız yaşayır.

Avropa İttifaqının ən inkişaf etmiş ölkələrindən Polşaya köçənlərin sayı isə artıq on minlərlədir.

53 yaşlı alman qadın Ulrika hazırda Berlində yaşayır. Ailəsi yoxdur, kiçik bəzək əşyaları dükanı işlədib kirayədə qalır. Onun sözlərinə görə, 67 yaşında təqaüdə çıxanda ayda cəmi 1000 avro alacaq. Almaniyada bu, hər dörd nəfərdən birinin aldığı pensiyadır. Halbuki normal yaşamaq üçün, xüsusilə də öz evi olmayanlara, ən azı 1500 avro lazımdır:

“Amma Çexiyada dostlarım çoxdur. Orada min avroya rahat yaşamaq mümkündür. Yalnız Praqada yox, çünki orada qiymətlər yüksəkdir. Məsələn, Brnoda ikiotaqlı mənzilin kirayəsi iki dəfə ucuzdur. Hətta bəlkə pensiyanı gözləmədən, əgər hər şey bu tempdə bahalaşsa, daha tez köçəcəm”.

Seçilən
14
2
redaktor.az

3Mənbələr