AZ

Avroliqa: RFS və “Riyeka” ilk oyunda məğlub oldular

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

RFS və KuPS komandalarının Latviyada baş tutmuş ilk görüşündə Finlandiya təmsilçisi qələbə qazanıb. “Riyeka” da Xorvatiyada “Şelburn”a (İrlandiya) məğlub olub.

3-cü raundun qalan ilk oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə gələn həftə baş tutacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

RFS (Latviya) – KuPS (Finlandiya) 1:2
Riyeka (Xorvatiya) – Şelburn (İrlandiya) 1:2

Seçilən
118
arena.az

1Mənbələr