GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bolqarıstanın “Lüdoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda qarşılaşıblar.
Globalinfo.az xəbər verir ki, Razqrad şəhərindəki “Ludogorets Arena”da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Cavab görüşü avqustun 12-də Budapeştdəki “Ferentsvaroş” stadionunda olacaq.
Qeyd edək ki, “Qarabağ” Albaniya “Şkendiya”sını üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. Cütlərin məğlubları isə Avropa Liqasının pley-off mərhələsində görüşəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.