AZ

La Liqa “Barselona”nın tibbi hesabatını Mark-Andre ter Ştegenin razılığı olmadan qəbul edə bilməz

İspaniyanın “Barselona” klubunun qapıçısı və komandadan bir neçə kapitandan olan Mark-Andre ter Ştegenin xəsarəti ilə bağlı tibbi hesabat La Liqa tərəfindən futbolçunun öz imzası olmadan təsdiqlənməyəcək.

90deqiqe.Az-ın "Cadena Ser"ə istinadən yaydığı məlumata görə, almaniyalı qapıçı klubun onun xəsarəti ilə bağlı tibbi hesabatı La Liqanın tibbi komissiyasına göndərmək üçün razılıq verməkdən imtina edib.

Məlumatda deyilir ki, bu səbəbdən “Barselona” ter Ştegenə qarşı intizam icraatı başlatmaq istəyir. Klub hesab edir ki, qapıçının hərəkətləri həm maliyyə, həm də idman baxımından komandaya zərər vurur. “Barselona”nın fikrincə, onlarda futbolçunun tibbi vəziyyətini əks etdirən hesabatı təqdim etmək üçün qanuni əsaslar mövcuddur və La Liqa bu məlumatı zədə qaydalarının tətbiqi üçün nəzərdən keçirməlidir. Lakin İspaniya liqası yalnız futbolçunun razılığı əsasında hesabatı qəbul edəcək, çünki burada şəxsi məlumatların qorunması qanunu qüvvədədir.

İspaniya futbolçular birliyinin (AFE) mənbələri bildirirlər ki, şəxsi məlumatların qorunması qanunu bütün inzibati prosedurlardan üstün tutulur və ter Ştegen razılıq vermək istəmirsə, bu, onun tam hüququdur.

Həmçinin AFE vurğulayır ki, “Barselona”nın qapıçı ilə bağlı açdığı intizam işi hüquqi əsaslara malik deyil, çünki ölkənin idman qaydaları və qanunvericiliyində şəxsi tibbi məlumatların verilməsindən imtina hallarına aid hər hansı istisna nəzərdə tutulmayıb.

Xatırladaq ki, 33 yaşlı qolkiper iyul ayının sonunda belindən əməliyyat olunub. Buna baxmayaraq, əvvəlcə “Barselona” rəhbərliyinin ter Ştegenin əməliyyat qərarından xəbərsiz olduğu bildirilmişdi. 

Seçilən
30
90deqiqe.az

1Mənbələr