ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparır.
Bu barədə “Axios” Ağ Ev rəhbərinin ətrafına yaxın mənbələrə istinadən məlumat yayıb.
Portalın jurnalisti Barak Ravid X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Tramp hazırda Zelenski ilə telefonla danışır".
Nəşrin məlumatına görə, söhbət ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş fonunda gedir.
Rusiya lideri ilə Amerika nümayəndəsi arasında dialoq üç saat davam edib.
"Cebheinfo.az"