AZ

"Atam mənə zirvədə dayanmağı öyrətdi"

"Atam mənə zirvədə dayanmağı öyrətdi""20 yaşımda Almaniyada, 30-da Yaponiyada, 40-da Məkkədə, 46 yaşımı isə bu gün Türkmənistanda qarşılayıram. Bu illər ərzində sənət yolumda bir çox ölkələr gördüm, səhnələr dəyişdi, dillər dəyişdi, amma qəlbimdəki muğam sevgisi heç dəyişmədi".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Əməkdar artist Fərqanə Qasımova ad günü ilə bağlı paylaşımında bildirib.

O, instaqram hesabındakı paylaşımda ən böyük dəstəkçisinin atası Xalq artisti Alim Qasımov olduğunu vurğulayıb: "Bu yolda mənə hər zaman dəstək olan, muğam sənətimizin dünya səhnələrində ucalmasına böyük töhfə verən Azərbaycanın birinci xanımı, dəyərli və humanist insan Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü və dərin hörmətimi bildirirəm. Onun mənə və sənətimizə olan qayğısı, inamı mənim üçün ilham, güc və dayaq olub.

Mənə zirvədə durmağı, sənətdə təmiz, vicdanlı və əzmkar olmağı öyrədən isə ustadım - atam oldu. Çünki ustadım atam mənə kölgədə yox, zirvədə dayanmağı öyrətdi.

Bu yol asan olmadı. Çiyinlərimdə çox ağırlıqlar gəzdirdim… Amma heç biri məni sənətimdən, yolumdan döndərə bilmədi".
"Atam mənə zirvədə dayanmağı öyrətdi""Atam mənə zirvədə dayanmağı öyrətdi""Atam mənə zirvədə dayanmağı öyrətdi""Atam mənə zirvədə dayanmağı öyrətdi"

Seçilən
25
13
sonxeber.az

10Mənbələr