AZ

Sumqayıtda evlərə qurd TƏHLÜKƏSİVİDEO

Ağacları təhlükəli hesab edilən qurdlar basıb. Kütləvi şəkildə ağacları məhv edən qurdlar yaxınlıqda olan binalara belə daraşıb. Görüntülər Sumqayıtdandır.

Xezerxeber.az xəbər verir ki, mənşəyi bilinməyən qurdlar kütləvi şəkildə artaraq yaşayış sahəsinə doğru hərəkət etməyə başlayıblar. Sakinlərin sözlərinə görə, son günlərdə bu canlılar həyət boyu sürünərək pilləkənlərin altına, giriş hissələrə və evlərin içərisinə qədər gəlib çıxırlar.

Sakinlər Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinə dəfələrlə müraciət etdiklərini, lakin problemin hələ də aradan qaldırılmadığını deyirlər. Mövcud vəziyyətlə əlaqədar olaraq biz də “XəzərXəbər” olaraq adı çəkilən quruma müraciət etdik. Çox çəkmədi ki,  sözügedən ünvana gələn əməkdaşlar ağacları və yaşayış binalarının həyətlərini dizenfeksiya etməyə başladılar. Eləcə də bundan sonra həmin əraziləri daim diqqət mərkəzində saxlayacaqlarını bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Seçilən
44
6
xezerxeber.az

7Mənbələr