Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Missiya.Az-a bildirilib ki, avqustun 6-da saat 17:30-da paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində "Ford" və "Range Rover" markalı avtomobillər toqquşub.
Nəticədə, "Ford" markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.
Araşdırma aparılır.