"Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinin "Çinin idarəçiliyi" kitabını oxumağa başladım. Növbəti oxuyacağım kitab Rəcəb Tayyib Ərdoğanın "Daha ədalətli dünya mümkündür" kitabı olacaq.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan özünün Facebook səhifəsində yazıb.
"Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəmizi yaxşıya doğru dəyişmək, həyat keyfiyyətini yüksəltmək, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, özünə inam qazanmaq üçün savadlanmaq vacibdir”, - Akopyan qeyd edib.