AZ

Hindistandan Trampın qərarına cavab gəldi

Hindistan ABŞ Prezidenti Trampın Rusiyadan neft almaqla bağlı ittihamlarına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki,  Hindistanı tənqid edən ölkələrin özləri Rusiya ilə ticarəti davam etdirirlər. 

Hindistan Rusiya neftinin alınmasına Ukraynada münaqişə başlayandan sonra ənənəvi təchizatçıların öz neftini Avropaya yönləndirməsi ilə izah edib.

“Ukraynadakı münaqişədən sonra ABŞ Rusiyadan neft idxal etdiyinə görə Hindistanı tənqid etməyə başladı. Halbuki Hindistan bu addımı, müharibə başlayandan sonra ənənəvi tədarük marşrutlarının Avropaya yönəldilməsi səbəbilə atmışdı. O zaman ABŞ qlobal enerji bazarlarının sabitliyini gücləndirmək üçün Hindistanın bu cür alışlarını fəal şəkildə təşviq etdi”, - Hindistan XİN  bildirib.

Sonda əlavə edilib ki, Hindistanın tənqid olunması əsassız və ədalətsizdir.

“Hindistan da öz milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XİN bəyanatını yekunlaşdırıb.  

Qeyd edək ki, ABŞ Hindistana Rusiyadan neft aldığı üçün idxal rüsumunu 25 faizə qaldırıb. 

Seçilən
12
3
qafqazinfo.az

5Mənbələr