AZ

Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək

Cənubi Afrika, Rusiya və Çin bu ilin noyabrında Afrika sahillərində “Mosi 3” (“Tüstü 3”) kod adlı birgə hərbi dəniz təlimləri keçirəcək.Bu barədə “DefenceWeb” xəbər portalı məlumat yayıb.

Təlimlər Atlantik okeanında, Cənubi Afrikanın sahillərinə yaxın ərazidə keçiriləcək. Təlimlərə Çin başçılıq edəcək.

İyun ayında Cənubi Afrikada keçirilən hazırlıq iclası zamanı “Mosi 3” iştirakçılarının qarşısına aşağıdakı vəzifələr qoyulub: üç ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi və inkişafı, dəniz əməkdaşlığının gücləndirilməsi, dənizdə sülhün və sabitliyin qorunması.

Cənubi Afrika, Rusiya və Çinin ilk birgə hərbi dəniz təlimləri (Mosi) 2019-cu ilin noyabrında Keyptaun yaxınlığında, Atlantik okeanında keçirilib. “Mosi-2” isə 2023-cü ilin fevralında Hind okeanında Durban şəhərinin şimalında baş tutub.

Seçilən
1
4
anews.az

5Mənbələr