AZ

Rusiya neftini aldığı üçün Tramp Hindistana əlavə 25 faiz tarif tətbiq edib

Vaşinqton, 6 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığı üçün Hindistan məhsullarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti bununla bağlı sərəncam imzalayıb. “Rusiya Federasiyasının neftini birbaşa və ya dolayı yolla idxal edən Hindistandan malların idxalına əlavə rüsumunun tətbiqinin zəruri və məqsədəuyğun olduğunu müəyyən edirəm”, - deyə Tramp bildirib.

Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi deyilir. Bununla da, Hindistan məhsullarına ümumi tariflər 50 faizə yüksəlib.

Tramp bu sərəncamı Ağ evin yüksəksəviyyəli nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət sonra imzalayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
36
2
azertag.az

3Mənbələr