ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını davam etdirməsinə cavab olaraq ona 25% rüsum tətbiq edən sərəncam imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, icra sərəncamına əsasən, Rusiyadan birbaşa və ya dolayı yolla neft idxal edən Hindistana əlavə rüsumlar tətbiq olunacaq. Hindistandan ABŞ-a gələn mallara 25% rüsum tətbiq olunacaq.
Əlavə tarif 21 gündən sonra qüvvəyə minəcək və keçid dövründə bəzi mallar ödənişdən azad ediləcək.
Oxşar tədbirlər digər ölkələrin Rusiya neftini idxal edib-etməməsinə nəzarət etməklə də həyata keçirilə bilər.
Əlavə tarif dərəcəsi Hindistana artıq tətbiq edilən 25% tarifə əlavə olacaq.
ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində Hindistanın Rusiyadan neft aldığını, həm də onu yüksək gəlirlə satdığını və Hindistana tarifi “əhəmiyyətli dərəcədə” artıracağını bəyan edib.
Məryəm Quliyeva