Bakı. Trend:
İngiltərənin “Liverpul”un klubunun hücumçusu Darvin Nuneskaryerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Trend xəbərverir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, “Əl-Hilal” uruqvaylı forvardın transferiniyekunlaşdırmaq üzrədir.
“Liverpul” ərəblərin 53 milyon avro və bonuslardan ibarəttəklifini qəbul edib.
26 yaşlı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Darvin Nunes 2022-ci ilin yayında “Benfika”dan“Liverpul”a transfer edilib. Uruqvay millisinin üzvü ötən mövsümİngiltərə çempionunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 7qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.