AZ

Elçibəy rəhmətə gedəndə ən çox sevinən şəxs - Deputat Kamal Cəfərovun məqaləsi

Əli Kərimovun bu gün paylaşdığı status təkcə Elçibəyə qarşı deyil, həm də Azərbaycanın müstəqillik tarixinin təhrif olunmasına yönəlib.

Əli Kərimov 1993-cü ildə Milli Məclisdəki çıxışını paylaşaraq (görünür özünün keçmiş videolarına baxıb həzz alır), Elçibəyin Kələkiyə qaçması və məğlubiyyətə uğraması faktını indi etiraf etməsinin, Elçibəyi hədəf göstərməsinin daha dərin səbəbləri var.

Çünki o gözəl bilir ki, “Surət Hüseynov bəlası”nı da, Gəncə qiyamının əsas səbəbkarları Elçibəy, komandası və Müsavat partiyası olub.

Surət Hüseynovu Baş Nazirin müavini, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə Elçibəy təyin eidb. Ona "Milli Qəhrəman" adını da məhz Elçibəy vermişdi. Ardınca isə onu vətənə xəyanətdə ittiham edən də Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi olmuşdu.

Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev 1993-cü ilin fevralında imzaladığı bəyanatda "Milli qəhrəman" Surət Hüseynovu vətənə xəyanətdə ittiham etmişdi. Bəyanatı statusa əlavə edirəm. Ancaq pərdəarxasında Surət Hüseynovla münaqişələrinin əsas səbəbi “yeni Baş nazirin kim olacağı” ilə bağlı yaranmış siyasi qarşıdurma idi.

Kərimovun bu gün ittiham etdiyi dövrdə əli Azərbaycan xalqının qanına batanlar, məhz AXC və Müsavat hakimiyyətində təmsil olunan şəxslər olub. Bu məsələyə qiyməti isə elə hər iki partiyanın çox geniş təmsil olunduğu Milli Məclis vermişdi.

Görünür Əli Kərimov bununla demək istəyir ki, bu faciələrin səbəbkarı təkcə Elçibəy olub, mənlik deyil. Bəlkə demək istəyir ki, Elçibəy qaçdı, mən qaçmazdım. Ancaq onu da tanıyanlar yaxşı bilir ki, Əli Kərimov kimi araqatan, sözünün üstündə durmayan, öz-özünü inkar edən ikinci birisi yoxdur.
Milli Məclisin 1993-cü il 16 iyul tarixli, 648 nömrəli qərarını yenidən nəzərdən keçirmək kifayət edir. Həmin qərarda açıq şəkildə qeyd olunur ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin və onun ətrafındakı şəxslərin səbatsız siyasətinin nəticəsidir.

Qərarın sonunda bildirilir ki, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Prezident Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən planlaşdırılmış və düşünülmüş siyasətinin nəticəsidir.

Eyni zamanda həmin qərarda 17 yüksək vəzifəli şəxsin adı qardaş qırğınında məsuliyyət daşıyanlar kimi göstərilmişdir. Həmin siyahıda dördüncü şəxs Əli Kərimovdur (onda Kərimli deyildi; “milli” olmaq görüntüsü yaratmaq üçün “-li” şəkilçisini sonradan qəbul edib).

Əli Kərimovun isti yay günündə Elçibəyi bu formada yenidən hədəf göstərməsinin səbəbi elə ən çox günahın özündə olması travması ilə bağlı ola bilər.

İkinci məqamla bağlı qeyd edim ki, o dövrdə AXC rəhbərliyində yeni bir “trend” yaranmışdı: “Vəzifəmi dondururam”. Tarixdə yüksək vəzifəyə seçilmək də var, o vəzifəni yerinə yetirə bilməmək də. Ancaq rəsmi istefa vermədən vəzifədən qaçmaq məhz o illərdə Azərbaycanda “icad edilmiş” davranış idi.

Seçilən
21
2
aznews.az

5Mənbələr