Abşeron çimərliklərində avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 29-30° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 30-31° isti olacaq.