AZ

Kremldə üç saatlıq ABŞ-Rusiya görüşü - Putin Trampa hansı mesajı göndərdi...


Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib. Görüş təxminən üç saat davam edib.

Görüşdə Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər müzakirə edilib. Kremlin müşaviri Yuri Uşakovun sözlərinə görə, Putin görüş zamanı Trampdan “müvafiq siqnallar” alıb. "Biz də, xüsusilə Ukrayna məsələsi ilə bağlı onlara bəzi mesajları çatdırdıq. Trampdan da qarşılıqlı mesajlar aldıq", - deyən Uşakov Putinin Ukrayna məsələsilə bağlı tam məlumatlı olduğunu, Trampa isə görüşün detalları ilə bağlı hələlik məlumat verilmədiyini bildirib. “Ona görə də hələlik əlavə şərh verməkdən çəkinirəm”, - deyə o bildirib.

Uşakov bildirib ki, Uitkoff Vaşinqtona məlumat verdikdən sonra daha əhatəli açıqlamalar verilə bilər. Görüş zamanı Rusiya və ABŞ arasında strateji əməkdaşlığın gələcəyi də müzakirə olunub.

S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib.

Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.

Xatırladaq ki, Tramp Putinə Ukrayna ilə razılıq əldə etməsi üçün verdiyi 50 günlük müddəti azaldıb və yeni tarixi avqustun 8-nə təyin edib. Əgər Rusiya razılığa gəlməsə, yeni sanksiyaların elan olunacağı gözlənilir.

TAHİR

Seçilən
112
47
baki-xeber.com

10Mənbələr