AZ

İndoneziyada Semeru vulkanında iki püskürmə baş verib

İndoneziyada

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki dəfə püskürmə baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Antara News-un məlumatına görə, Semeru Vulkan Rəsədxanasının rəsmiləri Semerunun yerli vaxtla səhər saat 5:24-də püskürdüyünü bildiriblər.

Səlahiyyətlilər dağdan püskürən külün təxminən 600 metr yüksəkliyə qalxdığını və şimal-şərqə doğru irəlilədiyini bildirib.

İlkin püskürmənin ardından Semeru vulkanının yerli vaxtla saat 10:08-də yenidən püskürdüyünü və vulkanik kül buludunun təxminən 600 metr yüksəkliyə çatdığını bildirib.

"Sakit Okeanın Atəş Halqası" zəlzələsi və vulkanik qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.

Məryəm Quliyeva

Seçilən
113
50
xalqcebhesi.az

10Mənbələr