“Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur. Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
Sənətçi şirkətdən şikayətçi olduğunu bildirib:
“‘Azercell’ şirkətinin operatorları heç bir işə yaramırlar. Sistemdə olan problemlərdən, müştərilərin balansından itən ödənişlərdən xəbərsizdirlər. 1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam.
Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil. Dünən gecə operatordan şikayətimin qeydə alınmasını istədim və xahiş etdim ki, menecerlərdən biri mənimlə əlaqə saxlasın. Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışdı, əsəblərimi pozdu. Mən 20 ildən çoxdur ki, Azercellin müştərisiyəm. Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur. Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz”.
Cəvahir